Simeone özündən çıxdı: Həyasız!
Bizi izləyin

İdman

Simeone özündən çıxdı: Həyasız!

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Selta” ilə oyunda Klement Lenqleti meydandan qovduğu üçün baş hakim Sezar Qradonu “həyasız” adlandırıb.

Publika.az xəbər verir ki, “Atletiko Madrid”in çalışdırıcısı matçın (1:1) 40-cı dəqiqəsində hakim Madrid klubunun müdafiəçisinə ikinci sarı vərəqə göstərdiyi üçün özündən çıxıb və “həyasız” ifadəsini işlədib.

Oyundan sonra isə Simeone hakimliyə münasibət bildirməkdən imtina edib: “Bağışlayın, amma yox. Kriteriyalar məlumdur. Bu barədə danışmağın mənası yoxdur, çünki bu, heç nəyi dəyişməyəcək. Matçlar zamanı vəziyyətlərə fikir verirəm. Gücümüz bərabər olanda oyuna nəzarət edirdik və təhlükəli əks-hücumlar keçirdik. On nəfərlə yaxşı müdafiə olunduq və Kokenin şansından başqa heç nə yarada bilmədik. Amma ümumilikdə komandanın oyunundan çox razıyam”, – Simeone bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm