Əfsanəvi futbolçu süni saç taxdırdı: Özünü 10 yaş cavan hiss edir - VİDEO
Bizi izləyin

İdman

Əfsanəvi futbolçu süni saç taxdırdı: Özünü 10 yaş cavan hiss edir - VİDEO

Əfsanəvi amerikalı futbolçu Lendon Donovan bu dəfə idman nailiyyətlərinə görə yox, saç düzümü ilə sosial şəbəkələrdə gündəmə gəlib.

Publika.az xəbər verir ki, son vaxtlar ABŞ millisinin sabiq üzvü azarkeşlərin keçəlliyi ilə bağlı zarafatlarına hədəf olurdu. Donovan isə vəziyyəti görməzdən gəlmək və ya saç əkdirilməsinə müraciət etmək əvəzinə, daha yaradıcı və effektli addım atıb. O, başının üst hissəsini qırxdırıb, xüsusi yapışqanla bərkidilən süni saç düzümü taxdırıb. İndi futbol əfsanəsi yenilənmiş görünüşünü kameralar qarşısında fəxrlə nümayiş etdirir və hətta zarafatla özünü 10 yaş cavan hiss etdiyini söyləyir.

Azarkeşlərin reaksiyası birmənalı olmayıb. Bəziləri Donovonu tanımadığını yazıb, digərləri isə onun özünə ironiyasını və cəsarətli dəyişikliyini alqışlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm