İdman
ÇL-in taleyinə aydınlıq gəldi: UEFA Avropa Superliqasının rəhbərliyi ilə görüşdü

UEFA nümayəndələri Avropa Superliqası layihəsinin inkişafı ilə məşğul olan "A22 Sports" şirkətinin menecerləri ilə görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdən sonra UEFA Çempionlar Liqasının formatında dəyişiklik olmayacağı açıqlanıb.
"A22" şirkəti 96 klubdan ibarət böyük bir liqa ideyasını irəli sürür. Bu liqada komandalar divizionlara bölünəcək və nəticələrə görə yüksəlmə və enmə sistemi tətbiq ediləcək.
Superliqanın ilkin layihəsi 2021-ci ildə təqdim edilib, lakin futbol ictimaiyyətinin mənfi reaksiyasından sonra dayandırılıb. Layihəyə ilkin mərhələdə 12 klub qoşulmağa hazır olduğunu bildirib, lakin az sonra onlardan doqquzu müraciətlərini geri çəkib.
Superliqanın ideyası hələ də mövcuddur, çünki Avropa İttifaqı Məhkəməsi 2023-cü ildə UEFA-nın yeni liqaların yaranmasına mane ola bilməyəcəyi barədə qərar qəbul edib.
Heybət
-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı