İdman
UEFA Superliqa layihəsindən niyə imtina edib? – Laportanın qərarının 3 SƏBƏBİ

“Barselona” prezidenti Xuan Laporta klubun Superliqa layihəsindən çıxması və UEFA ilə əməkdaşlığı gücləndirməsi barədə qərar verib.
Publika.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.
Bildirilir ki, bu qərarın üç əsas səbəbi var. Birincisi, “Barselona” Superliqadan maliyyə vəsaiti əldə etsə belə, yenə də UEFA-nın vəsaitlərinə ehtiyac duyacaq. Klub həmçinin assosiasiyanın tətbiq etdiyi maliyyə sanksiyalarının yumşaldılmasında maraqlıdır.
İkincisi, “Barselona”, Çempionlar Liqası oyunlarının keçirilmə standartları La Liqadan daha sərt olduğu üçün yenilənmiş “Kamp Nou” stadionunun açılışı üçün UEFA prezidenti Aleksandr Çeferinin dəstəyinə arxalanmaq istəyir. UEFA mart ayında arenada öz ekspertizasını aparmalıdır.
Bundan başqa, “Neqreyra işi” ilə bağlı istintaq hələ də davam edir. Əgər klub hakimlərin rüşvətlə ələ alınmasında təqsirli bilinsə, UEFA “Barselona”nı Çempionlar Liqasından uzaqlaşdıra bilər.
Üçüncüsü, Laporta 2026-cı ildə keçiriləcək “Barselona” prezident seçkiləri ərəfəsində UEFA ilə münasibətləri yaxşılaşdırmağın məqsədəuyğun olduğunu hesab edir.
Heybət
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
-
İdman12:40
İntim danışıqları sızdırıldı: Braziliyalı model "Real"ın ulduzunu biabır etdi - FOTOFAKT