Sosial
FHN yanında İctimai şura yanğınsöndürənləri təltif etdi - FOTO
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın təşəbbüsü ilə 10 oktyabr – Yanğınsöndürənlərin peşə bayramı günü münasibətilə bir qrup yanğınsöndürənlə görüş keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, görüşdə FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və şuranın üzvləri, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət general-mayoru Aqşin Kazımov, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Vüqar Novruzov və yanğınsöndürənlər iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərini peşə bayramı münasibətilə İctimai şura üzvləri adından təbrik edən Şura sədri Fuad Hacızadə Azərbaycan yanğınsöndürmə məktəbinin böyük və şərəfli tarixə malik olduğunu vurğulayıb.
Yanğınsöndürənlərin insan həyatının, dövlət, ictimai və fərdi əmlakın mühafizəsindəki əvəzsiz rolundan danışan Şura sədri istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda baş vermiş yanğınların söndürülməsi və digər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında qəhrəmanlıq göstərdiklərini vurğulayaraq onlara təşəkkür edib, çətin, məsuliyyətli və şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət general-mayoru Aqşin Kazımov təbrikə və səmimi fikirlərə görə təşəkkürünü bildirib, Azərbaycanda yanğından mühafizə qüvvələrinin tarixinə qısa ekskurs edib. A.Kazımov Ümummilli Lider Heydər Əliyevin bu peşənin sahiblərinin əməyinə daim yüksək qiymət verdiyini, məhz onun Sərəncamı ilə 10 oktyabr tarixinin Yanğınsöndürənlərin peşə bayramı günü kimi təsis edildiyini diqqətə çatdırıb.
Xidmətin rəis müavini Ümummilli Liderin mütərəqqi siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkədə yanğın təhülükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün atılan məqsədyönlü addımlardan danışıb, yanğınsöndürənlərə böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Görüşdə digər natiqlər də yanğınsöndürənləri təbrik edərək onların fədakarlığından söz açıb, fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra FHN yanında İctimai şura tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin xidmətdə fərqlənən 12 nəfər yanğınsöndürəni “Təşəkkürnamə” ilə təltif edilib.
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
































.jpg)




