İdman
“Ferrari” dəyər itirdi: Rekord həddə
“Ferrari” şirkətinin Avropadakı səhmlərinin dəyəri 16 faizdən çox azalıb.
Publika.az xəbər verir ki, bu, brendin 2016-cı ildə birjaya çıxışından bəri qeydə alınan ən böyük eniş olub. Nəticədə şirkətin kapitallaşması 13,5 milyard avro azalıb. Günün sonunda səhmlər bir qədər bərpa olunsa da, ticarət bağlanarkən ümumi düşüş 15,4 faiz təşkil edib.
Kəskin enişin səbəbi “Ferrari”nin açıqladığı maliyyə proqnozu olub. Şirkət 2030-cu ilə qədər 3,6 milyard avro mənfəət əldə etməyi planlaşdırır, lakin gəlir artımının gözləniləndən daha aşağı templə gedəcəyi bildirilir. Məhz bu açıqlama investorların narahatlığına və bazarda satış dalğasına səbəb olub.
“Bloomberg”in məlumatına görə, ilin əvvəlindən bəri “Ferrari”nin səhmləri 2 faiz artmışdı, lakin cümə axşamkı enişdən sonra ümumi illik göstərici təxminən 12 faiz mənfi nəticə verib.
-
Magazin108:10Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
-
Sosial07:55Horovlu kəndinə növbəti köç karvanı yola salındı
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq
-
Qoroskop02:00Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə










.jpg)





















