İdman
Yeddi qol vuran futbolçu POLİSƏ APARILDI
Finlandiyada beşinci divizion matçında yeddi qol vuran braziliyalı futbolçu Jonatan Gerreyro saxlanılıb.
Publika.az "Globo" portalına istinadla xəbər verir ki, onun tutulmasına səbəb saxta oyunların təşkilində şübhəli bilinməsi olub.
Hadisə “Finnkurda” ilə “Espa/Renat” komandaları arasında keçirilən və 8:1 hesabı ilə başa çatan oyundan dərhal sonra baş verib. Gerreyro yeddi qol vurub, lakin final fitindən sonra polis stadionun bütün çıxışlarını bağlayıb.
Təxminən 20 polis əməkdaşı meydana çıxaraq “Finnkurda” futbolçularını ehtiyat skamyasında saxlayıb və sənədlərini yoxlayıb. Gerreyro ilə birlikdə daha iki braziliyalı oyunçu da saxlanılıb, lakin onların telefonlarının məzmunu araşdırıldıqdan sonra sərbəst buraxılıblar.
Bu oyun Finlandiya beşinci divizionunun mövsüm üzrə sonuncu matçı olub.
Potensial saxta oyunun araşdırılması davam edir.
Hüseyn İbadlı
-
İdman06:46Messinin 10 yaşlı oğlu hər kəsi heyran edir - VİDEO
-
Magazin106:16Həmin qəzadan danışdı: “Kəmər bağlı olmasaydı…”
-
Magazin202:42Coli və Pittin 17 yaşlı oğlu imicini kökündən dəyişdi - FOTO
-
ABŞ01:41Ceff Bezosun şirkəti Marsa raket buraxdı
-
Magazin200:45Milyardlıq sərvəti var imiş
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uzlaşmaq çətin ola bilər
-
İdman13 Noyabr 23:36Arnar Qunnlauqssodan ETİRAF: “Yaxşı ki, baş hakim penalti vermədi”
-
İdman13 Noyabr 22:48Millimiz yenə məğlub oldu - VİDEO/YENİLƏNDİ






















.jpg)







.jpg)



