Emin Mbappedən danışdı: Bizi rahatlıqla keçirdi...
Bizi izləyin

İdman

Emin Mbappedən danışdı: Bizi rahatlıqla keçirdi...

Azərbaycan millisi dünən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığmasının qonağı olub. “Park de Prens”də keçirilən qarşılaşma ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Publika.az xəbər verir ki, oyundan sonra Azərbayacan millisinin kapitanı Emin Mahmudov miks zonada jurnalistlərin suallarını cavablandırıb:

– Emin, oyunla bağlı fikirlərini bölüşərdin…

– Çox keyfiyyətli komandaya qarşı oynadıq. Bilirdik ki, bizə çox çətin olacaq, çünki topla çox möhtəşəm komandadır. Çalışdıq ki, müdafiədə sıx oynayaq, qoymayaq ki, onlar üçün rahat olsun. Və birinci hissədə yaxşı alınırdı. Yenə də, keyfiyyət baxımından uduzurduq, Kilian Mbappe bizi çox rahat keçirdi. Çalışırdıq rəqibi əks-hücumda tutaq, alınmırdı. Ən böyük problemimiz o oldu ki, əks-hücuma çıxa bilmədik. Çünki onlar bizi tez qarşılayıb, topu ələ keçirirdilər. Yenə də, vuruşduq, çalışdıq. Bugünkü oyunda məncə, maksimum bu idi.

– Bu gün güc sərfiyyatı həddindən artıq çox oldu. Bu, sizə Ukrayna ilə matçda nə dərəcədə çətinlik yarada bilər?

– Özümüzü bərpa edib, oyuna hazırlaşarıq. Bilirik ki, Ukrayna da çox güclü rəqibdir. Çalışacağıq ki, bu oyuna yaxşı hazırlaşaq.

– Oyundan öncə futbol ictimaiyyətində və azarkeşlər arasında “Oser faciəsi”nin təkrarlanacağı ilə bağlı qorxu var idi. Futbolçular arasında bu təhlükəni ağlınızdan keçirirdizmi?

– Yox, onu düşünmürdük. Biz düşünürdük ki, necə oynaya bilərik. Baş məşqçimiz Ayxan müəllim (Abbasov) də bizə çox güvənirdi. Biz də çalışırdıq ki, onun istəklərini yerinə yetirək. Bu, bəzən yaxşı alınırdı, bəzən alınmırdı. Əsas da bəzi mübarizələrdə, hücumda çox top itirirdik. Yenə də, bütün komandaya təşəkkürümü bildirmək istəyirəm, çünki hamı vuruşdu, hamı çalışdı, maksimum əlindən gələni etdi.

– Bu oyuna Fernandu Santuşun rəhbərliyi altında çıxsaydız, hesab neçə olardı?

– Onu mən bilmirəm. Fərqli ola bilərdi. Yaxşı və ya pis – onu da biz bilmirik.

– Ayxan Abbasov nəyi dəyişdi millidə?

– O, bizi yaxşı tanıyır. Çalışır ki, birlik yaransın, bir ailə kimi olaq, daha yaxşı olaq. Məncə, ilk oyunlarda onda yaxşı alındı. İndi isə çalışacağıq ki, davam edək. Çünki digər rəqiblər də çox güclüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm