İdman
DÇ-2026-nın seçmə mərhələ oyununda biabırçılıq: Polis futbolçunu həbs etmək istədi

2026-cı il dünya çempionatı Şimali Amerika zonası üzrə Kosta-Rika - Nikaraqua (4:1) oyununda gözlənilmədən polis diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Kosta-Rika polisi oyundan əvvəl stadionda olub. İspaniyanın “CR Hoy” nəşrinin məlumatına görə, 9 polis əməkdaşı Nikaraqua komandasının otağına aliment ödənişi ilə bağlı bir oyunçunun həbs qərəri ilə daxil olub.
Futbolçunun adı açıqlanmayıb. Hətta oyun bitdikdən sonra o, bütün borclarını ödəyib. Həbs edilməyib.
Polis nümayəndəsi Marlon Kubillo hadisənin necə baş verdiyini açıqlayıb: “Aliment işi üzrə iddiaçı bizə müraciət etdi və Nikaraqua nümayəndəsinin həbsinə dair məhkəmə qərarıni təqdim etdi. Biz bu barədə məlumat verdik. Qərardakı məbləğ ödənildi və hesabat hakimə göndərildi”.
Nikaraqua nümayəndələri polis müdaxiləsinə narazılıq ediblər. Komanda direktoru Xavyer Salinas bildirib: “Biz Kosta-Rikada artıq 48 saatdır ki, qalırıq, bəs onlar niyə otağa daxil olmalıdır? FIFA və CONCACAF-ə şikayət edəcəyik. Bu, biabırçılıqdır”.
Nikaraquanın oktyabr ayı ümumiyyətlə pis keçib. Komanda iki böyük məğlubiyyət yaşayıb. Haitiyə (0:3) qarşı birinci oyunda qısa müddətlik elektrik kəsilməsi baş verib. Kosta-Rika isə evdə rahatlıqla 4:1 hesabı ilə qələbə qazanıb. Dörd turdan sonra 1 xalı olan Nikaraqua sonuncu yerdədir və DÇ-2026-ya çıxmaq şansı yoxdur.
Heybət
-
Sosial17:28
Mayor İlham Haqverdiyev saxlanıldı
-
Region16:47
Ermənistanda rusları güllələdilər
-
Nida Xəbər 15:46
Saakaşvili paylaşım etdi: İlham Əliyev bütün Qafqazın şərəfini qorudu
-
Nida Xəbər 15:30
Ramiz Mehdiyevin dövlət çevrilişi planını bu ölkə ifşa edib - ŞOK DETALLAR
-
Sosial15:26
Bakıda hərbi parad keçiriləcək
-
Magazin214:20
Görkəminə ildə 1 milyon xərcləyir: Görün Kardaşyan hansı məhsulun qiymətini bilmir - FOTOLAR
-
Sosial13:56
Çörəyin ən baha satıldığı ölkələr: Azərbaycan dünya reytinqində...
-
Sosial13:27
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinatlar