İdman
Azərbaycan millisi ona tapşırıldı
Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlanıb.
Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) Publika.az-a verilən məlumata görə, bu post isveçrəli Luka Qabriloya həvalə olunub.
Yeni mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.
Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl artıq İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.
Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio-2020 Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.
L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə "Team Iron" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!





























.jpg)




