İdman
Polis onu həyat yoldaşı ilə birlikdə saxladı - Nə baş verib?
İtaliyanın “Virtus” klubunun basketbolçusu Luka Vildosa həyat yoldaşı – serbiyalı voleybolçu Milika Vildosa ilə birlikdə təcili tibbi yardım işçilərinə hücum etdiyi üçün saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Resto del Carlino” nəşri məlumat yayıb.
Hadisə Avroliqa matçından sonra “Virtus”un ev arenasının yaxınlığında baş verib. Bolonya təmsilçisi həmin görüşdə “Monako”nu 77:73 hesabı ilə məğlub edib.
Vildosa cütlüyü işıq və səs siqnalı ilə təcili yardıma gedən avtomobilin qarşısını kəsib. Nəticədə tibb işçiləri ilə idmançı ailəsi arasında münaqişə yaranıb.
Nəticədə Luka avtomobili təcili yardım maşınının qabağına çıxararaq, bacardığı qədər əyərək və əyləc basıb. Təcili yardım maşınının sürücüsü vəziyyəti öyrənmək üçün bayıra çıxandan sonra basketbolçu ekipaj üzvlərini təhqir etməyə başlayıb, daha sonra 54 yaşlı tibb işçisini boynundan tutub. Digər həkimlər müdaxilə edərkən onun həyat yoldaşı Milika başqa bir işçinin saçından yapışıb.
Həkimlər polisi çağırıblar. İdmançılar polis bölməsinə aparılaraq tibb işçilərinə hücum və sağlamlığa xəsarət yetirməkdə ittiham edilərək həbs ediliblər.
-
İdman06:46Messinin 10 yaşlı oğlu hər kəsi heyran edir - VİDEO
-
Magazin106:16Həmin qəzadan danışdı: “Kəmər bağlı olmasaydı…”
-
Magazin202:42Coli və Pittin 17 yaşlı oğlu imicini kökündən dəyişdi - FOTO
-
ABŞ01:41Ceff Bezosun şirkəti Marsa raket buraxdı
-
Magazin200:45Milyardlıq sərvəti var imiş
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uzlaşmaq çətin ola bilər
-
İdman13 Noyabr 23:36Arnar Qunnlauqssodan ETİRAF: “Yaxşı ki, baş hakim penalti vermədi”
-
İdman13 Noyabr 22:48Millimiz yenə məğlub oldu - VİDEO/YENİLƏNDİ






















.jpg)







.jpg)



