Azərbaycan Premyer Liqası: Bu gün VIII turun son oyunları keçiriləcək
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqası: Bu gün VIII turun son oyunları keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun son oyunları keçiriləcək.

Publika.Az xəbər verir ki, turun sonuncu oyun günündə "Sabah" klubu "Zirə"ni, "Neftçi" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.

Qeyd edək ki, növbəti turun oyunlarına oktyabrın 24-də start veriləcək.

19 oktyabr

16:00; "Sabah" - "Zirə"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

"Bank Respublika Arena".

18:30; "Neftçi" - "Araz-Naxçıvan"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Məmmədov

"Palms Sports Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm