ABŞ
Tramp etirazçıların üzərinə palçıq tökdü - VİDEO

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə maraqlı paylaşımı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, siyasətçi “Truth Social” hesabında süni intellekt vasitəsilə yaradılmış video yayıb. Görüntülərdə kral paltarı geyinərək nümayişçilərə palçıq atan Tramp əks olunub.
Kadrlarda monarx geyimində olan Amerika liderinin döyüş təyyarəsi ilə uçması da əks olunub. Qırıcı bir anda etirazçıların üzərinə külli miqdarda palçıq tökməyə başlayır.
Ağ Ev rəhbəri həmçinin vitse-prezident Ceyms Devid Vensin "Bluesky" platformasında yerləşdirdiyi videonu da yayıb.
Qeyd edək ki, oktyabrın 18-də ölkə boyu “Krallara yox” şüarı altında kütləvi etiraz aksiyaları keçirilib. "Prezident mütləq gücə malik olduğuna inanır, lakin Amerikada krallar yoxdur və biz xaosa, korrupsiyaya və qəddarlığa qarşı mübarizədə təslim olmayacağıq", - deyə təşkilatçılar bildiriblər.
Təkcə Nyu-Yorkda 100 mindən çox insanın ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı nümayişlərə qatılması bildirilir.
Tural
-
MDB13:38
Şok iddia: Bu ölkədə onlarla rusu qula çevirirlər
-
Maraq dünyası13:06
Bu telefon nömrəsi 2,75 milyona satıldı
-
MDB12:08
“Öpüş” gecəsində "Qrafit" klubunda qalmaqallı reyd keçirildi
-
Magazin211:37
58 yaşlı aktrisa vanna otağından elə foto paylaşdı ki...
-
ABŞ10:54
Tramp etirazçıların üzərinə palçıq tökdü - VİDEO
-
İdman08:48
Bu söz-söhbət onu əsəbiləşdirir
-
Magazin108:24
“Qayınanamı qucaqlayıb öpürdüm, doymurdum”
-
Nida Xəbər 01:41
Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?