Bu söz-söhbət onu əsəbiləşdirir
Bizi izləyin

İdman

Bu söz-söhbət onu əsəbiləşdirir

“Ferrari” komandasının sürücüsü Çarlz Lekler bir daha əmin edib ki, onun ürəyi yalnız İtaliya komandasına məxsusdur.

Publika.az xəbər verir ki, 28 yaşlı pilotun sözlərini “Motorsport” sitat gətirib.

Skuderiyanın bu mövsümki uğursuz çıxışı Leklerin potensial komanda dəyişikliyini nəzərdən keçirməsi ilə bağlı yeni söz-söhbət dalğasına səbəb oldu. Sentyabrın sonlarında hətta onun meneceri Nikolas Todtun yayda “Aston Martin”, “Maklaren” və “Mercedes” ilə danışıqlar apardığı bildirildi.

Bu söz-söhbətlərlə bağlı sualı cavablandıran Lekler bildirib ki, planlarında heç nə dəyişməyib, qırmızı avtomobilin sükanı arxasında dünya çempionu olmaq arzusundadır

“Deyə biləcəyim şey həmişə dediyimdir və çox aydındır. Mən həmişə “Ferrari”ni çox sevmişəm və indi mənim yeganə hədəfim qırmızı rəngdə qalib gəlməkdir. “Ferrari”ni yenidən zirvəyə çatdırmaq istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm