Ər və həyat yoldaşını avtomobil vurdu
Bizi izləyin

Hadisə

Ər və həyat yoldaşını avtomobil vurdu

Göygöl rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən restoranların birinin yaxınlığında qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Nürəddin Mehdiyevi və onun həyat yoldaşı 1952-ci il təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onlardan N.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir və Gəncə şəhərlərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Qadının vəziyyəti isə kafi qiymətləndirilir və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm