İdman
İki çimərlik güləşçimiz dünya çempionu oldu

Çimərlik güləşi üzrə mövsümə yekun vurulub.
Publika.az xəbər verir ki, həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Azərbaycanın 3 güləşçisi çıxış edib.
80 kiloqramda Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar. A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.
B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabı ilə məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabı ilə qalib gəlib.
Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabı ilə məğlub edib.
Dadaşov Zoidzeyə 4:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabı ilə məğlub olub və yarışı gümüş medalla başa vurub. 90 kiloqramda İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabı ilə qalib gələrək çempion olub.
Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladıqları xallar hesablanıb və hər çəki üzrə yekun üçlük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kiloqramda dünya çempionu olub. İbrahim Yusubov isə 90 kiloqramda eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz dördqat dünya çempionu ünvanına sahib çıxıb.
Qeyd edək ki, ilk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi qərarlar gündəmə gələ bilər
-
Sosial19 Oktyabr 23:48
“Bəlkə hiss edirlər ki, qızları gəlir...” - VİDEO
-
Sosial19 Oktyabr 23:24
Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
-
Magazin119 Oktyabr 22:48
“Bunu özüm haqqında deyə bilmərəm” - VİDEO
-
Nida Xəbər 19 Oktyabr 22:24
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
-
Magazin119 Oktyabr 20:36
Emin atası və övladları ilə - FOTO
-
Art19 Oktyabr 20:00
Əməkdar artistin SON VƏZİYYƏTİ AÇIQLANDI
-
İKT19 Oktyabr 18:36
"WhatsApp"da BÖYÜK DƏYİŞİKLİK - Yeni qaydalar hazırlanır