Əfsanə alkoqoldan imtinasından danışdı: "Həkimlər dedilər ki..."
Bizi izləyin

İdman

Əfsanə alkoqoldan imtinasından danışdı: "Həkimlər dedilər ki..."

İngiltərə millisinin əfsanəvi futbolçusu Pol Qaskoyn etiraf edib 18 gün süni komada qalmasından danışıb.

Publika.az xəbər verir ki, 58 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, 12 il əvvəl ABŞ-ın Arizona ştatında alkoqoldan asılılıq müalicəsi zamanı onun ürəyi dayanıb və həkimlər iynəni birbaşa ürəyinə vuraraq onu xilas ediblər.

Qaskoyn spirtli içkilərdən kəskin şəkildə imtina etməyə qərar verib, bu isə ağır böhrana və komaya səbəb olub.

“O hadisəni indi xatırlayanda qorxu keçirirəm. Həkimlər dedilər ki, səni geri qaytardıq. Özümə gələndə hələ də dərmanların təsiri altında idim. Sonra ailəmə zəng edib dedim: “Hər şey yaxşıdır, bu mərhələni keçdim, bərpa oluram”.

O, komadan çıxdıqdan sonra ölkə daxilində onun ölümünə dair yalan xəbərlərin yayıldığını öyrənib:

“Nyukasla qayıdanda küçədə bir qadın mənə baxıb dedi: “Elə bilirdim, sən ölmüsən”. Mən isə cavab verdim: “Əlbəttə ki, ölməmişəm!”.

“Nyukasl”, “Tottenhem” və “Everton”un sabiq futbolçusu əlavə edib ki, klinikada keçirdiyi günlər həyatında dönüş nöqtəsi olub:

“Əgər o vaxt başqa bir mərkəzə düşsəydim, yəqin ki, indi həyatda olmazdım. 18 gün komada qaldım, ayılanda günün hansı olduğunu belə bilmirdim”.

Hazırda Qaskoyn sağlamlığını qorumağa çalışır və bəzən Arizonaya qayıdaraq keçirdiyi ağır dövrü özünə xatırladır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm