Tribunadan atılan butulkaya görə oyun yarımçıq qaldı
Bizi izləyin

İdman

Tribunadan atılan butulkaya görə oyun yarımçıq qaldı

Belçika çempionatının 11-ci turunun “Standard” – “Antverpen” matçı 88-ci dəqiqədə yarımçıq dayandırılıb.

Publika.az xəbər verir ki, hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən “Moris Dyufran” Stad” stadionunun tribunasından atılan butulka baş hakimə dəyib.

Butulkanı “Standard”ın azarkeşi atıb.

“Standard”ın mətbuat xidmətinin sosial şəbəkədə yaydığı məlumata görə, qarşılaşma gələn bazar ertəsi, oktyabrın 20-də bağlı qapılar arxasında keçiriləcək.

Hazırda bu qarşılaşmanı nəzərə almasaq, “Standard” 11 xalla Belçika liqasının turnir cədvəlində 12-ci yerdədir. Sonrakı yerdə olan “Antverpen” də eyni xala malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm