Trampdan Zelenskiyə ŞOK HƏDƏ - “Əgər o istəsə, səni məhv edər”
Bizi izləyin

ABŞ

Trampdan Zelenskiyə ŞOK HƏDƏ - “Əgər o istəsə, səni məhv edər”

ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin şərtləri ilə sülh sazişinə razılaşmalıdır, əks halda məhv edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, 17 oktyabrda Ağ Evdə baş tutan qapalı görüş gərgin atmosferdə keçib. ABŞ Prezidenti ukraynalı həmkarına bildirib ki, o, Rusiya ilə münaqişədə uduzur və buna görə də Rusiya Prezidenti Vladimir Putinin şərtləri ilə sülh sazişi bağlamalıdır.

Trampın Zelenskiyə “Əgər Putin istəsə, səni məhv edər” deyə hədələdiyi iddia olunur.

Mənbələrin bildirdiyinə görə, görüş zamanı ABŞ Prezidenti Kiyevə "Tomahawk" qanadlı raketlərinin satışından tamamilə imtina edib. Hətta bir məqamda Ukrayna nümayəndə heyətinin Vaşinqtona gətirdiyi döyüş bölgəsinin xəritələrini kənara atdığı da qeyd olunur.

Tramp ilə Zelenski arasında 17 oktyabrda keçirilən bu görüş 2025-ci ilin əvvəlindən bəri üçüncü görüş olub. Danışıqlardan əvvəl Ağ Evin sahibi Rusiya Prezidenti Vladimir Putinlə uzun telefon danışığı aparıb və liderlər Budapeştdə görüşmək barədə razılığa gəliblər.

Bu hadisələr fonunda Ukraynada narahatlıq yaranıb ki, Tramp və Putin arasında aparılan danışıqlar ABŞ-ın Kiyevə hərbi yardım qərarlarına təsir edə bilər. Nəticədə Vaşinqton hələlik Kiyevə "Tomahawk" raketlərinin verilməməsinə qərar verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm