İdman
Ronaldo onu izləməyə başladı

Portuqaliyalı futbol əfsanəsi Kriştian Ronaldonun amerikalı bloqer və yayımçı “IShowSpeed”i “Instagram”da izləməyə başlaması sosial şəbəkələrdə böyük rezonans yaradıb.
Publika.az xəbər verir ki, azarkeşlər illərdir bu anı gözləyirdilər. Özünü Ronaldonun ən böyük fanatı adlandıran “IShowSpeed”ə abunə olması fanat icmalarında bayram havası yaradıb. Hadisənin videoları və ekran görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb, yüz minlərlə bəyənmə toplayıb.
Emosional reaksiyaları və “SIUUU!” qışqırıqları ilə tanınan Speed daha əvvəl Ronaldonu bir neçə dəfə canlı görüşdə görmüşdü, lakin indi onların əlaqəsi “rəsmi” xarakter alıb. Kriş yalnız izləmə düyməsini basmaqla kifayətlənməyib, həm də “story” bölməsində birgə videolarını paylaşıb.
Azarkeşlər zarafatla yazıblar: “Biz doğru insanı məşhur etdik”, “Nəhayət! Speed rahat yata bilər.”
Bu hadisə hazırda futbol aləmində və “Instagram”da ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
-
Magazin120:36
Emin atası və övladları ilə - FOTO
-
Art20:00
Əməkdar artistin SON VƏZİYYƏTİ AÇIQLANDI
-
Region19:48
KKTC-də səsvermə başa çatdı
-
İKT18:36
"WhatsApp"da BÖYÜK DƏYİŞİKLİK - Yeni qaydalar hazırlanır
-
MDB17:34
Teleaparıcının evinə 1,7 milyonluq kommunal borc gəldi
-
Region13:49
Müxalif din xadimi güllələndi - VİDEO
-
MDB13:38
Şok iddia: Bu ölkədə onlarla rusu qula çevirirlər
-
Maraq dünyası13:06
Bu telefon nömrəsi 2,75 milyona satıldı