İdman
Klopp inancından danışdı: Əgər din bunu bacarmırsa…

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, dinlərə münasibəti barədə danışıb:
“Mənim üçün dinin əsas mahiyyəti birgə yaşamaqdır. Sadəcə öz rifahımızı düşünməməliyik. Təkbaşına yaxşı vəziyyətdə olmaq əsas məsələ deyil. Hamımızın həyatda və karyerada irəli getmək istəməyimiz tamamilə təbiidir, amma ən vacibi bir-birimizlə əməkdaşlıq etməyə, birgə yaşamağa çalışmaqdır. Mənim inancım da məhz bunun üzərində qurulub.
Əlbəttə, mən sağlam düşüncəyə inanıram. Düşünürəm ki, ən yaxşı din insanlara kömək edən dindir. Əgər din bunu bacarmırsa, deməli, o mənim üçün deyil.
Əslində söhbət tolerantlıqdan gedir. Bu, elə də çətin deyil. Bizim yaşadığımız dünya gözəldir, amma o, bir-iki nəfər üçün yox, hamımız üçündür. Məncə, düzgün inanc bunun təminatında köməkçi ola bilər.
Amma hansı yolun doğru olduğunu bilmirəm, sadəcə mənə uyğun olanı bilirəm. Mən heç vaxt Tanrının və İsanın varlığına şübhə etməmişəm”.
-
Dünya09:24
Putinin təyyarəsinin Macarıstana uçmasına heç kim mane ola bilməz: Detallar açıqlandı
-
ABŞ08:37
102 mərtəbəli göydələndə yüzlərlə çat yarandı - Foto
-
Nəqliyyat08:10
12 yolda tıxac var - Siyahı
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi