Dünya
Putinin təyyarəsinin Macarıstana uçmasına heç kim mane ola bilməz: Detallar açıqlandı

Heç bir dövlətin Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin Macarıstana uçmasını qadağan etmək səlahiyyəti yoxdur.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyasının əməkdar pilotu Yuri Sıtnik “Regnum”a bildirib.
Onun sözlərinə görə, bütün uçuşlara baş ofisi Brüsseldə yerləşən “Eurocontrol” nəzarət edir. Bu təşkilat Avropa və Asiyanın bəzi hissələri üzərində hava hərəkətinin koordinasiyasına, qitənin hava məkanına vahid nəzarətin təmin edilməsinə cavabdehdir.
Ekspert qeyd edib ki, hazırkı sistem tamamilə bütün uçuşları, o cümlədən prezident uçuşlarını izləyir. Lakin məhdudiyyətlər və sanksiyalar bu cür uçuşlara şamil edilmir. Sıtnikin sözlərinə görə, dövlətlərin Rusiya Federasiyasının rəhbərini daşıyan təyyarənin marşrutunu bağlamağa haqqı yoxdur.
O, həmçinin vurğulayıb ki, belə uçuşların təhlükəsizliyi Rusiyanın çoxsaylı müşahidə sistemləri ilə təmin edilir və ölkənin Silahlı Qüvvələri uçuş müddətində tam döyüş hazırlığı vəziyyətində olur.
Bundan əvvəl, oktyabrın 16-da Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında səkkizinci telefon danışığı olub və bu zaman onlar təkbətək sammit keçirmək barədə razılığa gəliblər. Görüşün yaxın iki həftə ərzində Budapeştdə keçirilməsi planlaşdırılır. Artıq Macarıstanda səfərə hazırlıqla bağlı xüsusi təşkilat komitəsi yaradılıb.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov izah edib ki, Macarıstan paytaxtının seçilməsi həm siyasətçilər, həm də baş nazir Viktor Orban arasındakı dostluq və konstruktiv münasibətlərlə bağlıdır.
Tural
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO
-
Nida Xəbər 11:22
Hikmət Hacıyev İlham Əliyevin Astana səfərindən paylaşım etdi - VİDEO
-
MDB10:24
Həbsxanada olan general ağır vəziyyətdədir: Amma prezidentə müraciət etmək istəmir
-
İdman10:18
ŞOK İDDİA: Neymar baba olur - 15 yaşlı oğlu 28 yaşlı qadınla... - FOTO
-
Sosial10:12
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı - ŞOK dələduzluq
-
Dünya09:24
Putinin təyyarəsinin Macarıstana uçmasına heç kim mane ola bilməz: Detallar açıqlandı
-
ABŞ08:37
102 mərtəbəli göydələndə yüzlərlə çat yarandı - Foto
-
Nəqliyyat08:10
12 yolda tıxac var - Siyahı