102 mərtəbəli göydələndə yüzlərlə çat yarandı - Foto
Bizi izləyin

ABŞ

102 mərtəbəli göydələndə yüzlərlə çat yarandı - Foto

ABŞ-nin Nyu-York şəhərinin rəmzlərindən biri hesab olunan 102 mərtəbəli göydələn "432 Park"da çatlar əmələ gəlib.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Şəhərin mərkəzindəki dəbdədbəli binanın lifti də sıradan çıxıb.

2015-ci ildə istifadəyə verilən binanın fasadı yüzlərlə çatla örtülüb. Buna yağış və küləyin səbəb olduğu bildirilir.

Bina istifadəyə verildikdən qısa müddət sonra tavanların sızması, liftlərin dəfələrlə sıradan çıxması və güclü külək zamanı yaşayış otaqlarından səs gəlməsi, eləcə də yırğalanmadan şikayət edən sakinlər olub.

Mütəxəssislər binanın ağ beton fasadının səhv seçim olduğunu düşünürlər. Belə ki, görünüş naminə təhlükəsizliyə laqeyd yanaşıldığı anlaşılıb.

Şəhərin mərkəzində təhlükə saçan bina ilə bağlı hansı qərarın veriləcəyi isə hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm