Tayson onunla döyüşməkdən imtina edib - Səbəb
Bizi izləyin

İdman

Tayson onunla döyüşməkdən imtina edib - Səbəb

Rusiyalı MMA əfsanəsi Fyodr Yemelyanenko əfsanəvi boksçu Mayk Taysonla mümkün döyüş haqda danışıb.

Publika.az xəbər verir ki, Yemelyanenko bu barədə RTRT telekanalına müsahibəsində deyib.

– Boks qaydalarına uyğun olaraq Mayk Taysonla döyüşməyə hazır olduğunuz barədə şayiələr var idi. Bu realdır?

– Məndə olan məlumata görə, bu fikir həqiqətən də müzakirə olunub. Amma Mayk özü vurğulayıb ki, heç kim bunu onun tərəfində müzakirə etməyib. O, heç bir təklif almayıb. Mübarizəmizin mümkün olacağına inanmıram. PFL-in tədbirində yollarımız kəsişib və Tayson mənə çox hörmət etdiyini və mənimlə döyüşmək istəmədiyini deyib.

Bundan əvvəl Taysonun 2026-cı ilin yazında amerikalı Floyd Meyvezerə qarşı sərgi döyüşü keçirəcəyi bildirilib.

Fyodr Yemelyanenko 47 MMA döyüşü keçirib və 40 qələbə qazanıb. O, 2023-cü ilin fevralında idmanı tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm