ABŞ-dan İngiltərə və Kanadaya gözlənilməz çağırış: Rusiyaya təzyiqləri artırın
Bizi izləyin

Dünya

ABŞ-dan İngiltərə və Kanadaya gözlənilməz çağırış: Rusiyaya təzyiqləri artırın

ABŞ G7 ölkələrinin Rusiyaya iqtisadi təzyiqi artıracağını gözləyir.

Publika.az xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skot Bessent deyib.

Ötən həftə Bessent Vaşinqtonda Böyük Britaniya, Kanada və digər G7 ölkələrinin maliyyə institutlarının nümayəndələri, həmçinin İqtisadi Məsələlər və Məhsuldarlıq üzrə Avropa Komissarı Valdis Dombrovskis ilə bir sıra görüşlər keçirib. ABŞ administrasiyası Moskvaya təzyiqin bu yeni mərhələsində Avropanın hərəkətverici qüvvə olacağını gözləyir.

Bəyanatda nazir G7-nin razılaşdırılmış tədbirləri çərçivəsində Rusiyaya qarşı sanksiya rejimini gücləndirmək üçün Kanada, Böyük Britaniya və Aİ ölkələri də daxil olmaqla, birgə hərəkətlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Bessent həmçinin Çinin nadir torpaq metalların ixracına artan nəzarətinə vahid reaksiyanın işlənib hazırlanmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdən asılılığı azaltmaq üçün qlobal təchizat zəncirlərinin şaxələndirilməsinin vacibliyini bildirib.

Bu arada Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Avropa İttifaqı Ukraynaya dondurulmuş Rusiya aktivləri ilə təminatla 140 milyard avroluq kreditin verilməsi ilə bağlı yekun qərara yaxındır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm