İdman
"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
"Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.
Azərbaycan çempionu səfərdə qələbə qazanarsa, futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır. Bu, əsas heyətdə meydana çıxacaq oyunçulara çatacaq vəsaitdir. 1 xal əldə olunarsa, göstərilən rəqəmin yarısı qədər pul əldə edəcəklər.
Azərbaycan çempionu 1-ci turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" daha sonra Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0. Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçuların hər birinə 100 min manatın üstündə mükafat ödəyib. "Kopenhagen" üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Heybət Məmmədov
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 13 yol keçilməz oldu
-
Nəqliyyat18:10Azərbaycanda 71 yaşlı qadın taksi sürür
-
Dünya17:35Bu ölkədə türk dili və ədəbiyyatı tədris olunacaq
-
Nida Xəbər 16:37"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi
-
İqtisadi gündəm15:52Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ
-
Rəsmi xronika14:02Onlara verilən pulun məbləği 50 faiz artırıldı - Prezident təsdiqlədi








.jpg)



























