İdman
İmza bu tarixdə atılacaq: Mourinyo və “Real” bütün şərtləri razılaşdırdı
Portuqaliyalı məşqçi Joze Mourinyo karyerasını "Real Madrid" də davam etdirəcək.
Publika.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun sosial media hesabında yazdığına görə, tərəflər artıq müqavilənin şərtləri barədə şifahi razılığa gəliblər. Mənbənin sözlərinə görə, məşqçi və klubun sadəcə lazımi sənədləri imzalaması kifayətdir.
Mourinyo "Real Madrid"lə iki illik müqavilə imzalayacaq. Rəsmi açıqlama 23 mayda keçiriləcək "Real" - "Atletik Bilbao" oyunundan sonra veriləcək.
Bundan əvvəl İspaniya klubunun 63 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Lissabon "Benfika"sına 7 milyon avro kompensasiya ödəməyə razı olduğu bildirilmişdi.
Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid" ə rəhbərlik edib.
Müəllif: Tural
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?


































