Salahdan müəmmalı addım: “Liverpul”da nə baş verir?
Bizi izləyin

İdman

Salahdan müəmmalı addım: “Liverpul”da nə baş verir?

“Liverpul” oktyabrın 22-də 4 oyunluq məğlubiyyət seriyasına son qoyaraq, Çempionlar Liqasında səfərdə “Ayntraxt”ı 5:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, böyükhesablı qələbəyə baxmayaraq, mersisaydlıların heyətində narazı qalan ən azı bir futbolçu var. Komandanın son illərin ən yaxşı bombardiri Məhəmməd Salah son həftələrdə tənqidlərin hədəfinə çevrilib və “Ayntraxt”la oyunda “Liverpul”un start heyətinə daxil edilməyib. O, 74-cü dəqiqədə hesab 5:1 olarkən oyuna daxil olub, lakin məhsuldar ola bilməyib.

Matçdan sonra misirli hücumçu sosial şəbəkə profillərindən “Liverpul” futbolçusu olduğu barədə məlumatı silib. Lakin o, klub forması ilə çəkilmiş paylaşımları saxlayıb.

Cari mövsümdə Salah 12 oyunda 3 qol vurub və 3 qol ötürməsi edib. Bu ilin yazında isə o, “Liverpul”la yeni ikiillik müqavilə imzalamışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm