ABŞ
Tramp Putinlə görüşmək üçün ŞƏRT QOYDU
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yenidən görüş keçirməyə hazır olduğunu bəyan edib. Lakin o, bunun yalnız mümkün razılaşma ilə bağlı tam əminlik əldə olunacağı təqdirdə baş verəcəyini vurğulayıb.
Publika.az xəbər verir ki, bunu ABŞ lideri Ağ Evdə jurnalistlərin Rusiya lideri ilə mümkün görüş barədə sualını cavablandırarkən bildirib.
“Biz hansı razılaşmanı bağlamaq istədiyimizi dəqiq bilməliyik”, – deyə Tramp qeyd edib.
ABŞ rəhbəri Ukraynada sülh prosesinin gedişindən narazılığını ifadə edib və Vladimir Putinlə “həmişə çox yaxşı münasibətləri” olduğunu qeyd edib.
Oktyabrın 22-də Tramp Budapeştdə Putinlə planlaşdırılan görüşün ləğv edildiyini açıqlayıb. O, bu görüşün gözlənilən nəticəni verməyəcəyini düşündüyünü bildirib. Bununla belə, gələcəkdə belə bir görüşün baş tutma ehtimalını istisna etməyib.
Ağ Evin rəhbəri həmçinin Ukrayna münaqişəsinin nizamlanması prosesinin “yetərincə yaxşı” getdiyini söyləyib və Rusiyadan cəbhə xətti boyunca atəşkəsə razılıq verməsini, mövcud mövqelərini qorumasını tələb edib.
Bu açıqlamalardan sonra ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar Trampın prezidentliyinin ikinci dövründə ilk dəfə elan olunub.
Hüseyn İbadlı
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?



































