Nida Xəbər
Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı
“Rusiya Prezidenti Vladimir Putin 44 günlük müharibə zamanı Ermənistandan “İttifaq Dövləti”nə qatılmağı tələb edib”.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.
Siyasətçinin fikrincə, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsinin arxasında duran məqsəd Ermənistanın məhv edilməsi olub:
“Ötən il 26 il ərzində biz həyatla ölümün sərhədində yaşamışıq - Ermənistan dövləti, olmayacaqmı sualı ilə. Dövlətimizlə bağlı bir çox dramatik hadisələr birbaşa 27 oktyabr hadisələri ilə əlaqəlidir. 44 günlük müharibə də məhz 27 oktyabrın birbaşa nəticəsidir. Putin müharibəni dayandırmaq üçün Ermənistanın “İttifaq Dövləti”nin (əslində Rusiyanın) tərkibinə daxil olmasını tələb edirdi. 27 oktyabr hadisələri Ermənistanda vassallıq yaratmışdı”.
Xatırladaq ki, 1999-cu il 27 oktyabrda Ermənistan parlamentinin iclası zamanı Nairi Hunanyanın başçılıq etdiyi silahlı qrup binaya daxil olaraq atəş açıb. Hücum nəticəsində baş nazir Vazgen Sərkisyan, parlament sədri Karen Dəmirçyan və daha bir neçə yüksək vəzifəli şəxs öldürülüb.
27 oktyabr hadisələri Ermənistanın siyasi həyatında böyük böhran və hakimiyyət dəyişikliklərinə səbəb olub və Ermənistanda siyasi balansı dəyişib. Hadisə “Vazgen–Karen” tandemini (hakimiyyətin ən güclü qüvvəsi) məhv etdi, Robert Köçəryanın hakimiyyətini gücləndirdi. Hadisə sonradan Ermənistan dövlətinə və Köçəryanın komandası daxilində Azərbaycanla “sülh danışıqlarında maraqlı olan loyal siyasi qrup”a sui-qəsd kimi qiymətləndirilib.
-
Dünya11:16Yalvarırdı: Rusiyanın hücumu başlayanda Zelenski Stoltenberqdən nə xahiş edib?
-
Dünya10:18“Qiyamət radiosu”ndan daha iki sirli mesaj
-
Nida Xəbər 09:54Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı
-
Sosial08:24Qırmızı bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salındı
-
Region07:55Türkiyədə 6,1 bal gücündə zəlzələ: Yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
-
ABŞ03:19ABŞ hərbi bazasını təxliyə etdi - "Melissa" qasırğasına görə
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə məsələlərində risklərdən uzaq olun!
-
Nida Xəbər 01:40Şərurlu İsfəndiyar Elman Nəsirovun qızına ev vermək istədiyini açıqladı - Video










.jpg)
.jpg)


.jpg)



















.jpg)



