Allahla müqavilə bağlayıb: Zorlama ittihamından qurtulan Alveş görün nə işlə məşğuldur - VİDEO
Bizi izləyin

İdman

Allahla müqavilə bağlayıb: Zorlama ittihamından qurtulan Alveş görün nə işlə məşğuldur - VİDEO

Bir müddət əvvəl böyük qalmaqalın mərkəzində olan "Barselona"nın və Braziliya yığmasının keçmiş müdafiəçisi Dani Alveş indi həyatını kökündən dəyişib.

Publika.az xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu hazırda İspaniyanın Jirona şəhərindəki Elim yevangelist kilsəsində tez-tez vaiz kimi görünür. Bu barədə AS məlumat yayıb.

Pastor Cimmi Martinin rəhbərlik etdiyi xidmətlər hər çərşənbə axşamı və bazar günləri keçirilir və Alveş müntəzəm olaraq camaatla danışır. Xütbələrindən birində Dani mənəvi dirçəlişlə bağlı şəxsi hekayəsini bölüşüb:

"Sizin Allaha imanınız olmalıdır. Mən bunun canlı sübutuyam. Mən Allahla əhd bağlamışam. Fırtınanın ortasında həmişə onun elçisi var. Həyatımın ən pis anında məni götürüb kilsəyə gətirən də o idi. Bu gün onun sayəsində bu yolu gedirəm".

Xatırladaq ki, 2025-ci ilin martında Kataloniya Məhkəməsi Dani Alveşi zorlamada təqsirli bilməyib. Alveş 4,5 il həbs cəzasına məhkum edilmişdi, lakin bir ay sonra 1 milyon avro girov müqabilində sərbəst buraxılıb. Yekunda birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, zərərçəkmişin ifadəsi hökmü qüvvədə saxlamaq üçün yetərli deyil.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm