Ronaldo neçə yaşına qədər çıxış edə bilər? – Sabiq komanda yoldaşı açıqladı
Bizi izləyin

İdman

Ronaldo neçə yaşına qədər çıxış edə bilər? – Sabiq komanda yoldaşı açıqladı

“Mançester Yunayted” və Portuqaliya millisində Kriştiano Ronaldonun keçmiş komanda yoldaşı Nani əmindir ki, əfsanəvi hücumçu karyerasını hələ uzun illər davam etdirə bilər.

Publika.az xəbər verir ki, o, həmyerlisinin hətta 50 yaşına qədər çıxış edəcəyinə inanır:

“Kriştiano 1000 qola yaxınlaşıb. Onu çox gənc yaşlarından hamı tanıyırdı. Tez başa düşdük ki, o, fərqli oyunçudur, çünki yaşı üçün qeyri-adi dərəcədə inkişaf etmişdi. O, həmyaşıdları ilə deyil, daha yaşlı futbolçularla oynayırdı və topa möhtəşəm şəkildə nəzarət edirdi. O, bütün gənc oyunçular üçün ilham mənbəyi idi, çünki biz onun etdiklərini görürdük və eyni şeyi bacarmaq istəyirdik”, – deyə Nani bildirib.

Ronaldunun gələcəyi barədə danışan keçmiş futbolçu onun peşəkar yanaşmasını xüsusi vurğulayıb:

“Bilmirəm, Ronaldo daha nə qədər oynaya bilər. Amma bir şeyi dəqiq bilirəm, o, bədəninə çox diqqətlə yanaşır. Biz yapon və çinli oyunçular görmüşük ki, 50 yaşına qədər oynayıblar. Bilmirəm, Kriştiano da o qədər oynamaq istəyirmi, amma o, meydandadırsa, hər zaman maksimumunu verir.”

Nani əlavə edib ki, Ronaldonun karyerasını nə vaxt bitirəcəyinə yalnız özü qərar verəcək:

“Düşünürəm, o, hədəflərinə çatmaq istəyir. Ola bilər, bir neçə ildən sonra nəsə yeni bir şey sınamaq istəsin. Amma futbol oynadığı müddətdə hər zaman özünü tam şəkildə oyuna verəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm