Ronaldo karyerasını nə vaxt başa vuracaq?
Bizi izləyin

İdman

Ronaldo karyerasını nə vaxt başa vuracaq?

"Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunda "Əl-Feyha" üzərində 2:1 hesablı qələbədən sonra gələcəyi barədə danışıb.

Publika.az xəbər verir ki, o, karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suala belə cavab verib:

"Hər zaman deyirəm ki, uzunömürlülük yalnız ehtiras sayəsində mümkündür. Mənim içimdəki ehtiras hələ də yaşayır. Qol vurub-vurmamağımdan asılı olmayaraq, bu mənim həyat tərzimdir və həmişə belə olub. 23-24 ildir futbol mənim həyatımın bir hissəsidir. Sağlamlığım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm