Yamalın dostunda da eyni problem aşkarlandı: Əməliyyat olunacaq?
Bizi izləyin

İdman

Yamalın dostunda da eyni problem aşkarlandı: Əməliyyat olunacaq?

“Atletik Bilbao”nun lideri Niko Uilyams qasıq nahiyəsində davamlı ağrılar səbəbindən yaxın vaxtlarda əməliyyat oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Futbolçunun zədəsi bu mövsüm onun imkanlarını xeyli məhdudlaşdırıb. Fizioterapiya və istirahət də daxil olmaqla konservativ müalicə üsulları nəticə verməyib.

Qasıq ağrıları Uilyamsa meydanda tam gücü ilə oynamağa mane olur. “Atletik”in həkim heyəti, xarici mütəxəssislərlə məsləhətləşdikdən sonra, əməliyyat variantını ciddi şəkildə nəzərdən keçirir. Əgər bu qərar qəbul olunarsa, Uilyams təxminən 3 ay meydana çıxa bilməyəcək.

Bənzər problem Nikonun dostu, “Barselona”nın futbolçusu Lamin Yamalda da var. O da qasıq nahiyəsində zədədən əziyyət çəkir, lakin əməliyyata razılıq verməyib.

Qeyd edək ki, Uilyams bu mövsüm “Atletik”in heyətində bütün turnirlərdə 8 oyun keçirib, 1 qol vurub və 2 assist edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm