Penalti kabusu: Daha bir ulduz sıradan çıxdı - FOTO
Bizi izləyin

İdman

Penalti kabusu: Daha bir ulduz sıradan çıxdı - FOTO

"Roma"nın hücumçusu Paulo Dibala A Seriyasının 10-cu turunda "Milan"a qarşı keçirilən oyunun (0:1) sonlarında zədələnib.

Publika.az xəbər verir ki, 31 yaşlı argentinalı futbolçu 82-ci dəqiqədə penalti zərbəsini reallaşdıra bilməyib. Onun zərbəsini Mayk Menyan qaytarıb. Cərimə zərbəsindən dərhal sonra Dibala bud əzələsini tutaraq meydanı tərk edib.

"Penalti epizodundakı ən pis məqam Dibalanın zədələnməsi idi. İndi onun nə qədər müddətə sıradan çıxdığını müəyyənləşdirməliyik. Ən azı yığma oyunları üçün olan fasiləyə qədər oynaya bilməyəcək. Bu, matçdakı ən böyük uğursuzluğumuzdur", - deyə "Roma"nın baş məşqçisi Can Pyeri Qasperini bildirib.

Qeyd edək ki, ötən həftə "Napoli"nin ulduz futbolçusu Kevin De Bruyne A Seriyasının “İnter”lə 8-ci tur görüşündə (3:1) penalti zərbəsini yerinə yetirərkən zədə almışdı. Tibbi müayinələr 34 yaşlı futbolçunun sağ ayağının arxa bud əzələsində yırtıq aşkarlayıb. Nəticədə əməliyyat olunan De Bruyne zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm