Tovuzda mövsümün rekordu
Bizi izləyin

İdman

Tovuzda mövsümün rekordu

Azərbaycan Premyer Liqasının 10-cu turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.

Publika.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib. Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür. Bu barədə PFL məlumat yayıb.

Bunadək rekord 5-ci turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm