İdman
"Bayern" UEFA-ya şikayət etdi: Paris polisindən
“Bayern” Paris Polis Prefekturasının verdiyi qərarla bağlı UEFA-ya etiraz müraciəti göndərib.
Publika.az xəbər verir ki, noyabrın 4-də “Park de Prens” stadionunda keçiriləcək Çempionlar Liqasının mərhələ oyununda PSJ Münhen təmsilçisini qəbul edəcək.
Bəyanatda bildirilir ki, bazar ertəsi günorta saatlarında Paris Polis Prefekturası azarkeşlərin stadion ərazisinə gəliş qaydasını tənzimləyən və polis nəzarət-keçid məntəqəsi yaradılmasını nəzərdə tutan qərarı son anda yayıb. “Bayern” bu gözlənilməz qərardan yalnız həmin gün xəbər tutub və dərhal UEFA-nın iclasında etiraz təqdim edərək hüquqi addımlar atmaq niyyətini bildirib.
PSJ bu məsələdə “Bayern”i dəstəkləyir.
Qərara əsasən, azarkeş avtobusları oyundan əvvəl şəhərdən kənarda yerləşən pullu dayanacaqda toplanmalıdır. Almaniyalı digər azarkeşlər isə stadionun ərazisinə yalnız ictimai nəqliyyatla gəlməlidirlər. Oyundan sonra hamı həmin dayanacaqlara qayıtmalı, avtobuslar isə polis müşayiəti ilə şəhəri tərk etməlidir.
Heybət
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək




































