ABŞ
Tramp İranla bağlı xalqa müraciət edəcək
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü, 1 aprel tarixində İrana qarşı hərbi əməliyyatla bağlı xalqa müraciət edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "X" sosial şəbəkəsində məlumat verib.
"ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Vaşinqton vaxtı ilə saat 21:00-da İranla bağlı mühüm yenilikləri təqdim etmək üçün xalqa xüsusi müraciət edəcək", — deyə o yazıb.
Bundan qısa müddət əvvəl Amerika lideri Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatı iki-üç həftə ərzində başa çatdıra biləcəyini bəyan etmişdi. Martın 30-da Levitt Trampın aprelin 6-na qədər İranla sövdələşmə bağlamaq niyyətində olduğunu bildirmişdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Cavab olaraq İran İsrailə, ABŞ-ın hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
