İdman
ÇL: “Qarabağ” “Çelsi” ilə heç-heçə etdi - VİDEO/YENİLƏNDİ
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı qonaqlar açıblar. 16-cı dəqiqədə Estevao yaxın küncü dəqiq nişan alıb. Buraxılan qoldan sonra hücuma çıxan Ağdam klubu 29-cu dəqiqədə hesabı bərabərləşdirib. Leandro Andrade topu tora qovuşdurub. “Qarabağ” 39-cu dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Təyin olunan penalti zərbəsini Marko Yankoviç dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissə da qarşılıqlı hücumlar şəraitində keçib. Fasilədən sonra meydana daxil olan Alexandro Qarnaço 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Bu, eyni zamanda matçda vurulmuş sonuncu qol olub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 12-ci pilləyə yüksəlib. Eyni xala malik “Çelsi” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.
***
53-cü dəqiqədə "Çelsi" Qarnaçonun vurduğu qolla hesabı bərabərləşdirir- 2:2
***
"Qarabağ" - "Çelsi" matçında ikinci hissə başladı.
***
İlk hissə "Qarabağ"ın 2:1 hesablı üstünlüyü ilə başa çatdı.
***
38-ci dəqiqədə Yankoviçin penaltidən vurduğu qolla "Qarabağ" hesabda önə keçir - 2:1.
***
29-cu dəqiqədə Leandro Andradenin vurduğu qolla hesabı bərabərləşdirir - 1:1
***
"Çelsi" Estevaonun matçın 16-cı dəqiqəsində vurduğu qolla hesabda önə keçdi: 0-1.
***
"Qarabağ" - "Çelsi" qarşılaşması başladı.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Çelsi” (İngiltərə) komandaları arasında keçiriləcək IV tur oyunu üçün start heyətlər açıqlanıb.
Publika.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
“Çelsi”: Robert Sançes, Tosin Adarabioyo, Mark Kukurelya, Yorrel Hato, Ris Ceyms, Romeo Laviya, Andrey Santos, Ceymi Qittens, Estevao, Joao Pedro, Tayrik Corc.
Baş məşqçi: Enzo Mareska.
-
Avropa07:47Milyarder bu niversitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək



































