İdman
Qurban Qurbanov: Futbolçularımla fəxr edirəm
“Azarkeşləri təbrik edirəm. Qarşıdan bizim üçün önəmli olan Zəfər bayramı gəlir. Nəticədən daha çox, oyundan, futbolçularımın döyüşkənliyindən razı qaldım. Onlarla fəxr edirəm”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə ev oyununda qeydə alınan heç-heçəni (2:2) belə şərh edib:
“Belə qələbələr bizi böyüdür, hamını həvəsləndirir. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ciddi rəqiblərimiz var. Vaxt gəldikcə onlar haqqında düşünməliyik. Xalımızın üstünə xal gəlibsə, bunu qazanmış kimi hesab edirəm. Bu, xal itkisi deyil”.
Qurbanov komandasının pley-off şanslarını da dəyərləndirib:
“İlk gündən söyləşmişdim ki, indiki “Qarabağ” çox fərqlidir. Amma heyətdə yeni futbolçularımız vardı. Onların bir çoxu nə çempionluq, nə də avrokubok görmüşdülər. Buna görə narahat idim. Böyük komandalara qarşı oynamamışdılar. Çox şükür ki, hər şey yaxşı alındı. Biz ilk gündən Çempionlar Liqasına düşəcəyimizə inanırdıq. Bu alındı. Pley-offa gəlincə, bizim belə bir şansımız varsa, bunun reallaşması üçün əlimizdən gələni edəcəyik. Bunun üçün çox çalışmalıyıq. Çünki bundan sonrakı rəqiblərimiz bizə qarşı diqqətli olacaqlar. Onların da xallara ehtiyacı olacaq”.
-
İdman02:07“Qarabağ”ın ÇL-dəki qazancı artdı - Məbləğ nə qədərdir?
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə sabitliyi üçün yeni planlar qurmalısız
-
İdman01:45Elvin “Qarabağ”dan gedir? - Menecerimlə danışmalıyam
-
İdman5 Noyabr 23:51“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı o oldu - FOTO
-
İdman5 Noyabr 23:41ÇL: “Qarabağ” “Çelsi” ilə heç-heçə etdi - VİDEO/YENİLƏNDİ
-
Magazin25 Noyabr 20:00Ancelina Coli Xersonda - Fotolar
-
Elm və təhsil5 Noyabr 18:20Prezident onları təltif etdi - SİYAHI
-
Sosial5 Noyabr 17:36Mənşəyi məlum olmayan ət məhsulları tapıldı






























