İdman
Alonso üzünə ağ olan Vinisiusla bağlı qərarını açıqladı
"Real"ın baş məşqçisi Xabi Alonso Vinisius Juniorla baş verən insident barədə danışıb.
Publika.az xəbər verir ki, o, bütün anlaşılmazlıqları aradan qaldırdıqlarını bildirib. Bu, braziliyalı futbolçunun “El Klasiko” zamanı baş verən əsəbi davranışına görə ictimai şəkildə üzr istəməsindən sonra baş verib.
“Çərşənbə günü bütün komanda ilə görüşdük və Vinisius mükəmməl davrandı. O, səmimi danışdı və bu, çox doğru idi. Mənim üçün bu məsələ bağlanıb”, – deyə Alonso bildirib.
Xatırladaq ki, Vinisius matçın bitməsinə 20 dəqiqə qalmış əvəzlənməsi qərarına əsəbi reaksiya vermiş və klubdan ayrılmaq istədiyini demişdi. Çərşənbə günü o, sosial şəbəkələrdə paylaşım edərək davranışına görə klubdan, azarkeşlərdən, prezidentdən və komanda yoldaşlarından üzr istəyib. Vinisius məşqdən əvvəl şəxsən məşqçi heyəti və komanda yoldaşlarından ayrıca üzr istəyib.
Heybət
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -















.jpg)





















