İdman
Elvin “Qarabağ”dan gedir? - Menecerimlə danışmalıyam
“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərqliyev UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə görüşdə edilən heç-heçəni (2:2) dəyərləndirib.
Publika.az xəbər verir ki, o, görüşlə bağlı təəssüratlarını bölüşərkən bu nəticəyə görə Azərbaycan xalqını təbrik edib:
“İlk növbədə bütün Azərbaycan xalqını təbrik edirəm. Qələbəyə dəyər bir heç-heçə oldu. Komandamız çox inkişaf edib. “Qarabağ” artıq elə bir səviyyədədir ki, bu gün “Çelsi” üzərində qələbədən danışırıq. Düşünürəm ki, çox yaxşı oyun keçirdik”.
Azərbaycan millisinin üzvü son vaxtlar haqqında yayılan transfer xəbərlərinə də aydınlıq gətirib:
“Maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə heç nə deyə bilmərəm. Menecerimlə bu mövzuda danışmalıyam”.
Heybət
-
Avropa07:47Milyarder bu niversitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək



































