Azərbaycanın UEFA-nın reytinqində xal ehtiyatı artdı
Bizi izləyin

İdman

Azərbaycanın UEFA-nın reytinqində xal ehtiyatı artdı

Azərbaycanın UEFA-nın reytinqində xal ehtiyatı artıb.

Publika.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 4-cü turunda evdə “Çelsi” ilə heç-heçə etməsi (2:2) sayəsində reallaşıb.

Doğma meydanda məğlub olmayan təmsilçimiz Azərbaycanın reytinqinə daha 0,250 əmsal əlavə edib. Nəticədə ölkəmizin xal ehtiyatı 22,250-ə çatıb. Ölkəmiz 25-ci pillədəki mövqeyini möhkəmlədib.

Qeyd edək ki, hazırda reytinqdə 24-cü pillədə qərarlaşan Serbiyanın isə 22,375 əmsalı var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm