İdman
FİFA yeni mükafat təsis etdi: Görün ilki kimə veriləcək
FİFA dekabrın 5-də Vaşinqtonda keçiriləcək dünya çempionatının püşkatma mərasimi zamanı təqdim etməyi planlaşdırdığı sülh mükafatının yaradıldığını elan edib.
Publika.az xəbər verir ki, “FİFA Sülh Mükafatı” adlandırılacaq mükafat “sülh üçün müstəsna fəaliyyətləri tanımaq” məqsədi daşıyır.
“Getdikcə təlatümlü və parçalanmış dünyamızda münaqişələrə son qoymaq və insanları sülh ruhunda bir araya gətirmək üçün çox çalışanların görkəmli töhfəsini tanımaq çox vacibdir”, – FIFA prezidenti Canni İnfantino bildirib.
İnfantino tərəfindən təqdim olunacaq mükafatın hər il “bütün dünyadan olan azarkeşlər adından” veriləcəyi bildirilib.
ABŞ prezidenti Donald Trampın mükafatın ilk sahibi olacağı gözlənilir.
-
Avropa07:47Milyarder bu niversitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək



































