İdman
Bəhlul "Çelsi" ilə oyundan danışdı: “Qalib gələ bilərdik, amma...”
“Bu cür rəqibə qarşı çox yaxşı mübarizə apardıq. Hətta qalib gələ bilərdik. Düşünürəm ki, matçın ədalətli nəticəsi heç-heçə idi”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyundan (2:2) sonra deyib.
28 yaşlı müdafiəçi qələbəyə bərabər heç-heçəni belə şərh edib: “Komanda şəklində göstərdiyimiz oyundan razıyıq. Amma daha da artırmalıyıq ki, xallarımızın sayını çoxaldaq”.
O, “Qələbə üçün nə çatmadı” sualına da cavab verib: “Rəqibin gücü bəlli idi. Bəlkə də daha müdafiəyəmeyilli oynasaydıq, hesabı qoruya bilərdik. Amma buna baxmayaraq, biz öndə olduğumuz anlarda belə hücum edirdik, 3-cü qolu vurmağa çalışırdıq. Məqsədimiz yaxşı oyun göstərmək və qələbə qazanmaq idi”.
Mustafazadə görüşün karyerasının ən çətin matçı olub-olmaması haqda sualı bu cür cavablandırıb: “Xeyr. Ümumi götürsək, “Çelsi”yə qarşı bərabər səviyyədə oyun nümayiş etdirə bildik. Ona görə də bu matça “ən çətin” deməzdim”.
O, 5-ci turda “Napoli”yə qarşı keçirəcəkləri oyundan da danışıb: “Çelsi”yə qarşı oyunumuzu İtaliyada da göstərmək, daha da təkmilləşdirmək istəyirik. Əlbəttə ki, rəqibimiz güclüdür. Buna baxmayaraq, biz də çalışacağıq ki, layiqli mübarizə aparaq, xal və ya xallar qazanaq”.
Heybət
-
Avropa07:47Milyarder bu niversitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək



































