İdman
“Qarabağ”ın rəqibi tarixində belə uğursuzluq yaşamamışdı
“Ayaks” klubu Avropa turnirlərində növbəti uğursuzluğunu yaşayıb. Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda niderlandlılar evdə Türkiyənin “Qalatasaray” klubuna 0:3 hesabı ilə məğlub olublar.
Publika.az xəbər verir ki, bu nəticə “Ayaks” üçün cari mövsümdə ardıcıl dördüncü, ümumilikdə isə Avropa yarışlarında yeddinci məğlubiyyət olub. Klub tarixində dörd dəfə Çempionlar Kubokunun və ya Çempionlar Liqasının qalibi olan Amsterdam təmsilşisi əvvəllər belə uzun məğlubiyyət seriyası yaşamamışdı.
Son uğursuzluqdan sonra baş məşqçi Con Heytinqa istefaya göndərilib. Mətbuatda isə 2019-cu ildə komandaya böyük yüksəliş yaşadan və demək olar ki, Çempionlar Liqasının finalına çıxaran Erik ten Haqın yenidən “Ayaks”a qayıda biləcəyi ilə bağlı xəbərlər artıb.
Qeyd edək ki, “Ayaks” "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən biridir. Bu komandalar dekabrın 10-da Bakıda üz-üzə gələcəklər.
Heybət
-
Avropa07:47Milyarder bu niversitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək



































