İdman
DÇ-2026-ya vəsiqə uğrunda mübarizə: Türkiyə möcüzə axtarışında
Bu gün DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyunlar keçiriləcək.
Publika.az xəbər verir ki, B qrupunda Kosova lideri olmaq üçün İsveçrəyə 6 top fərqi ilə qalib gəlməlidir. Əks halda, pley-offda oynayacaq.
C qrupunda Şotlandiya Danimarkanı qəbul edəcək. Şotlandlar mundiala birbaşa vəsiqə üçün mütləq qalib gəlməlidir. Danimarkaya isə heç-heçə də sərf edir.
E qrupunda İspaniya millisi Türkiyəni qəbul edəcək. Meydan sahiblərinə qrup lider olmaq üçün hətta 0:6 hesablı məğlubiyyət də yetərlidir. "Ay-ulduzlular" isə minimum pley-offda mübarizə aparacaq.
H qrupunda Avstriya evdə uduzmamaqla DÇ-2026-ya vəsiqə qazana bilər. Bosnya və Herseqovina millisi isə mütləq qalib gəlməlidir.
J qrupunda lider qalmaq üçün Belçikanın Lixtenşteyni yenməsi lazımdır. Amma pley-offa vəsiqə uğrunda oyun daha maraqlıdır. Uels Şimali Makedoniyaya qalib gəlsə, qrup ikincisi olacaq. Qonaqlara heç-heçə də kifayət edir.
DÇ-2026, Avropa zonası üzrə seçmə mərhələ
18 noyabr
B qrupu
23:45 İsveç – Sloveniya
23:45 Kosova – İsveçrə
Xal durumu: İsveçrə 13, Kosova 10, Sloveniya 3, İsveç 1.
C qrupu
23:45 Belarus – Yunanıstan
23:45 Şotlandiya – Danimarka
Xal durumu: Danimarka 11, Şotlandiya 10, Yunanıstan 6, Belarus 1.
E qrupu
23:45 İspaniya – Türkiyə
23:45 Bolqarıstan – Gürcüstan
Xal durumu: İspaniya 15, Türkiyə 12, Gürcüstan 3, Bolqarıstan 0.
H qrupu
23:45 Avstriya – Bosniya və Herseqovina
23:45 Rumıniya – San Marino
Xal durumu: Avstriya 18, Bosniya və Herseqovina 16, Rumıniya 10, Kipr 6, San Marino 0.
J qrupu
23:45 Belçika – Lixtenşteyn
23:45 Uels – Şimali Makedoniya
Xal durumu: Belçika 15, Şimali Makedoniya 13, Uels 13, Qazaxıstan 8, Lixtenşteyn 0.
Heybət
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı






































