İdman
Hakimin nübahisəli qərarı kütləvi davaya səbəb oldu - VİDEO
Argentinanın Primera B liqasında "Deportivo Madrin" və "Deportivo Moron" arasında keçirilən qarşılaşmada ciddi insident baş verib.
Publika.az xəbər verir ki, autsayder olan meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib və Primerada qalmaq uğrunda mübarizə aparmaq üçün pley-off finalına yüksəliblər. Matçın yeganə qolu mübahisəli hesab olunan cərimə zərbəsindən sonra vurulub və məhz bu epizod qarşıdurmanın əsas səbəbinə çevrilib.
Hakim Pablo Eçevarria şübhəli standart zərbə təyin edib və bu da qolla nəticələnib. "Moron" komandasının futbolçuları və məşqçiləri etiraz ediblər. İkinci hissədən sonra isə vəziyyət daha da gərginləşib. Futbolçulardan biri birbaşa qırmızı vərəqə alıb.
Final fitindən dərhal sonra meydanda ara qarışıb. Futbolçuların bir-birini təpiklə vurmağa çalışdığı, oyunçuların rəqiblərinin arxasınca qaçdığı görünüb. Tribunalarda da məşəllər yandırılıb. "Moron" oyunçularından birini hətta boğazından tutaraq zorla saxlamaq məcburiyyətində qalıblar.
Meydana xüsusi polis dəstəsi daxil olub. Polis futbolçular arasında düşən kütləvi davanı dayandırmaq üçün gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.
Heybət
La "violencia" como tal no la provocan los hinchas ni los jugadores. La violencia empieza primero con el arbitraje corrupto de la AFA, poniendo a Echavarría a inclinar la cancha al local y todo lo que pasa después será producto de esto.
— PasoaPaso Tatengue (@PaProjiblanco) November 16, 2025
Esto es Deportivo Madryn, esto es la AFA. pic.twitter.com/Gk8NkD6vuN
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı






































