Messinin oğlundan möhtəşəm qol: Atası kimi vurdu - VİDEO
Bizi izləyin

İdman

Messinin oğlundan möhtəşəm qol: Atası kimi vurdu - VİDEO

"İnter Mayami"nin ulduzu Lionel Messinin oğlu Çiro diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, mart ayında yeddi yaşı tamam olmasına baxmayaraq, o, artıq futbolda böyük ümidlər verir. Çiro “İnter Mayami”nin U-8 komandasının heyətində çıxış edir. Yaşının az olmasına baxmayaraq, cərimə zərbələri yerinə yetirmək hüququna malikdir.

O, belə fürsətləri əldən verməməyə çalışır. Çiro cəriməsi zərbəsini atasına məxsus qeyri-adi trayektoriyalı şəkildə yerinə yetirib və möhtəşəm qola imza atıb. Balaca Messi qapıçının boyunun yetərincə hündür olmamasından ustalıqla istifadə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm