İdman
Neymar o Neymar deyil: Sevimli fəndini yerinə yetirə bilmədi, təqaüdə "çıx" dedilər - VİDEO
"Santos"un superulduzu Neymar yenə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu "Palmeyras"la matçda oyunu özünəməxsus drinblinqləri ilə rəngləndirməyə cəhd edib.
Lakin onun künc bayrağı yanında ard-arda etdiyi iki sevimli fəndi uğurlu alınmayıb. Nəticədə həmin epizodlar sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.
İstifadəçilər bu anı fəal şəkildə müzakirə edir, bəzi azarkeşlər isə hətta zarafatla Neymarın artıq təqaüdə çıxmalı olduğunu yazırlar. Çünki onlar sevimli oyunçularını tanıya bilmirlər.
Bu epizoda baxmayaraq Neymar "Santos"a vacib qələbə (1:0) qazanmağa kömək edib. Amma matçın gedişini dəyişə biləcək real təhlükəli vəziyyət yaratmaq ona nəsib olmayıb. 33 yaşlı superulduz effektivlikdən çox nümayişkarlığa üstünlük verib.
Xatırladaq ki, cari mövsümdə Neymarın "ağ-qaralar" üçün bütün turnirlərdə 25 matçda 6 qol və 3 məhsuldar ötürməsi var.
Heybət
Neymar just doesn’t have it anymore.
— Polymarket FC (@PolymarketFC) November 17, 2025
@ataquevideo pic.twitter.com/Jby74Nqgc6
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı




































